Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər

Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər
06.08.2026 15:31 Maraqlı

Tünd şokolad və yüksək kakao tərkibli məhsulların orqanizmdə iltihabın azalmasına və oksidləşdirici stressin yaxşılaşmasına müsbət təsir göstərə biləcəyi bildirilir.

TodayPress TV-nin mütəxəssislərin sözlərinə görə, ən güclü iltihabəleyhinə təsir flavonoidlərin yüksək olduğu məhsullarda müşahidə olunur.

Buna görə də kakao nisbəti nə qədər yüksək, şəkər miqdarı isə nə qədər az olarsa, şokoladın potensial faydası da bir o qədər çox ola bilər.

Qeyd edilir ki, bu müsbət təsirlər əsasən kakaonun tərkibindəki faydalı maddələrlə əlaqəlidir. Minimum şəkər tərkibli tünd şokoladın seçilməsi bu maddələrin təsirini daha yaxşı qorumağa kömək edir.

Bununla yanaşı, süd və ağ şokoladın tərkibində kakao miqdarı az, şəkər və yağ miqdarı isə yüksək olduğundan, onların sağlamlıq baxımından əhəmiyyətli fayda vermədiyi vurğulanır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər