Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər

Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər
03.08.2026 06:33 Maraqlı

Mütəxəssislər bəzi güclü məişət cihazlarının elektrik uzadıcılarına qoşulmasının qısaqapanma, avadanlığın sıradan çıxması və hətta yanğınla nəticələnə biləcəyi barədə xəbərdarlıq ediblər.

TodayPress TV xəbər verir ki, uzadıcıların və şəbəkə filtrlərinin müəyyən güc limiti var. Bu həddin aşılması kabelin qızmasına, plastikin əriməsinə və yanğın riskinin artmasına səbəb ola bilər.

Mütəxəssislər xüsusilə mikrodalğalı soba, elektrik sobası, soyuducu, aerofritöz, blender və elektrik çaydanının uzadıcıya qoşulmamasını tövsiyə edirlər.

Məsələn, elektrik çaydanları adətən 1500 vatt, bəzi güclü modellər isə 3000 vattdan çox enerji sərf edə bilər. Mikrodalğalı sobalarda bu göstərici təxminən 1000 vatt, elektrik sobalarında isə 2500 vatt və daha çox ola bilər.

Mütəxəssislərin fikrincə, bu cihazları mümkün qədər birbaşa və torpaqlanmış divar rozetkasına qoşmaq daha təhlükəsizdir.

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər