Bilet, otel, xərc yoxdur: Evdə tətilin bədənə və beyinə təsiri

Bilet, otel, xərc yoxdur: Evdə tətilin bədənə və beyinə təsiri
25.07.2026 06:59 Maraqlı

Yay tətilini mütləq səyahətlə keçirmək lazım deyil. 

TodayPress TV xəbər verir ki, psixoloqların fikrincə, düzgün təşkil olunarsa, evdə istirahət də insanın enerjisini bərpa etməsinə kömək edə bilər.

Qroningen Universitetinin psixoloqu Cessika de Blum bildirib ki, evdə tətilin keyfiyyətsiz görünməsinin əsas səbəbi insanların iş rejimindən tam uzaqlaşa bilməməsidir.

Ekspert tövsiyə edir ki, tətil zamanı işlə əlaqəni tam kəsmək, elektron poçtu yoxlamamaq, iş bildirişlərini söndürmək və iş cihazlarını kənara qoymaq lazımdır.

Bildirilib ki, evdə qalmağın üstünlükləri də var. İnsanlar öz yataqlarında daha yaxşı yata, yaxınlıqdakı park, meşə, göl və ya çay kənarına gedərək mühiti dəyişə bilərlər.

Psixoloq həmçinin tətili yalnız passiv keçirməməyi məsləhət görür. Yaşadığı şəhəri turist kimi kəşf etmək, muzeylərə getmək, yeni restoranlar sınamaq və əvvəllər getmədiyi yerləri gəzmək istirahəti daha maraqlı edə bilər.

Mütəxəssis qeyd edib ki, tətil zamanı telefon və sosial şəbəkələrdən həddindən artıq istifadə etmək də insanı gündəlik stressə qaytara bilər. Buna görə iş yazışmalarından və xəbər lentlərini uzun müddət izləməkdən uzaq durmaq tövsiyə olunur.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər