Bəzi heyvanlar "cavanlaşa" bilir
Maraqlı
03.02.2026 19:45
Alimlərin apardığı araşdırmalara görə, bəzi heyvan növləri əlverişsiz şəraitdə inkişafın daha erkən mərhələsinə qayıdaraq faktiki olaraq cavanlaşmaq qabiliyyətinə malikdir.
TodayPress TV xəbər verir ki, meduzalar çətin şəraitə düşdükdə yetkin formadan polip mərhələsinə qayıda bilir.
Əgər mühit əlverişlidirsə, bu proses baş vermir və onlar adi həyat dövrünü tamamlayaraq ölürlər. Oxşar “geri inkişaf” mexanizmi grebneviklərdə də müşahidə olunur.
Araşdırmalarda arıların da bu xüsusiyyətə malik olduğu qeyd edilir. Arılar həyatlarının əvvəlində pətəkdə dayə kimi çalışır, daha sonra isə yığıcı mərhələsinə keçərək çöldə qida toplayırlar. Bu mərhələdə onların sağlamlığı zəifləyir və ömürləri qısalır.
Lakin pətəkdə fövqəladə vəziyyət yarandıqda, bəzi yığıcı arılar yenidən pətəyə qayıdaraq əvvəlki funksiyalarını yerinə yetirməyə başlayır. Bu zaman onların orqanizmində müsbət dəyişikliklər baş verir, immun sistemi güclənir və həyat müddəti uzanır. Alimlər bu prosesi qocalmanın qismən geri çevrilməsinin maraqlı nümunəsi kimi qiymətləndirirlər.
Türkan İsgəndərli
tag: Heyvan,Cavanlaşmaq,Araşdırma,Polip,Todaypress.tv,
