Ayda görünməmiş hadisə gözlənilir – Alimlər teleskopları hazır vəziyyətə gətirdi

Ayda görünməmiş hadisə gözlənilir – Alimlər teleskopları hazır vəziyyətə gətirdi
23.07.2026 05:14 Maraqlı

2026-cı il avqustun 5-də SpaceX “Falcon 9” raketinin idarəolunmayan hissəsinin Ayın səthinə çırpılması gözlənilir. Alimlər bu hadisəni nadir elmi təcrübəyə çevirmək üçün müşahidələrə hazırlaşırlar.

TodayPress TV xəbər verir ki, məlumata görə, raketin qalıqları 2025-ci ildə Ay missiyasından sonra Yer atmosferində yanmalı idi. Lakin obyekt yüksək orbitdə qalaraq Ayla toqquşma trayektoriyasına düşüb.

Hesablamalara əsasən, raket qalıqları saatda 8 600 kilometrdən çox sürətlə Ayın səthinə çırpılacaq. Zərbənin gücünün təxminən 3 ton trotil partlayışına bərabər olacağı bildirilir.

Hadisəni NASA-nın “Lunar Reconnaissance Orbiter” aparatı, Cənubi Koreyanın “Pathfinder” peyki və dünyanın müxtəlif ölkələrindən astronomlar izləyəcəklər. Alimlər hesab edirlər ki, bu müşahidələr gələcək Ay bazalarının kosmik tullantılardan qorunmasına kömək edə bilər.

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər