Arıların bu sirri alimləri də heyrətləndirdi
Bal arıları üçün su yalnız susuzluğu yatırmaq vasitəsi deyil, həm də pətəyin normal fəaliyyətində mühüm rol oynayır.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bal arıları sudan balı durultmaq, isti havalarda pətəyi soyutmaq və koloniyanın temperaturunu tənzimləmək üçün istifadə edirlər.
Bildirilib ki, arılar etibarlı su mənbəyi tapdıqdan sonra həmin yerə davamlı qayıdır və digər arılara da onun yerini “xəbər verirlər”. Mütəxəssislər quraq ərazilərdə arılar üçün dayaz və təhlükəsiz su qablarının qoyulmasının faydalı ola biləcəyini qeyd edirlər.