Ağacı 72 saat qucaqladı, rekord qırdı

Ağacı 72 saat qucaqladı, rekord qırdı
27.01.2026 17:51 Maraqlı

Keniyalı ekoloji fəal Trupena Mutoni bir ağacın gövdəsini fasiləsiz 72 saat qucaqlayaraq yeni "Ginnes" rekordu müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı fəal Qanadan olan Frederik Boakyenin müəyyən etdiyi əvvəlki 50 saat 2 dəqiqə 28 saniyəlik rekordu geridə qoyub.

Qeyd olunur ki, Trupena Mutoni bu kateqoriya üzrə rekorda ilk dəfə sahib olmur. O, 2025-ci ilin fevralında da ağacla 48 saat fasiləsiz təmasda qalaraq oxşar nəticə əldə etmişdi. Onun sözlərinə görə, ilk cəhd insanla təbiət arasındakı əlaqəni xatırlatmaq məqsədi daşıyırdısa, ikinci cəhd davamlı və uzunmüddətli iqlim tədbirlərinə ehtiyac barədə şüurlu mesaj olub.

“Dünyaya təkcə simvolika yox, dözümlülük, ardıcıllıq və planetə qayğının daimi məsuliyyət olduğunu göstərmək lazımdır”, – deyə Mutoni bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər