ABŞ-də qəribə hadisə: Polisdən qaçan sərxoş sürücüyə timsah hücum etdi

ABŞ-də qəribə hadisə: Polisdən qaçan sərxoş sürücüyə timsah hücum etdi
11.06.2026 07:00 Maraqlı

ABŞ-nin Luiziana ştatında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılan və qaçmağa çalışan şəxsin ələ keçirilməsində polisə timsah kömək edib.

TodayPress TV  xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Hadisə Cefferson-Periş dairəsində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı Viktor Rivasın idarə etdiyi maşını dayandırıblar. Lakin sürücü qanuni tələblərə tabe olmayaraq bataqlıq əraziyə doğru qaçmağa başlayıb.

Bu zaman gizlənməyə çalışan V.Rivasa timsah hücum edib. O, yırtıcıdan xilas olmağı bacarsa da, aldığı xəsarətlər səbəbindən uzaqlaşa bilməyib və polislər tərəfindən yaxalanıb.

Qollarından xəsarət alan sərxoş sürücü xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildikdən sonra nəzarət altına alınıb.

TodayPress TV 

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər