500 milyard mobil telefon istehsalına bəs edəcək ehtiyat tapıldı

500 milyard mobil telefon istehsalına bəs edəcək ehtiyat tapıldı
25.07.2026 02:47 Maraqlı

ABŞ Geoloji Xidməti (USGS) ölkənin şərqində yerləşən Appalaç dağlarında təxminən 2,3 milyon ton iqtisadi cəhətdən səmərəli litium oksidi ehtiyatı aşkar edib.

TodayPress TV xəbər verir ki, araşdırmaya görə, bu ehtiyat 130 milyon elektromobil, 180 milyard noutbuk, 1,6 milyon iri enerji saxlama batareyası və ya 500 milyard mobil telefon istehsalına kifayət edə bilər.

Mütəxəssislər bildirirlər ki, yeni yataq ABŞ-nin ötənilki litium idxalı səviyyəsini nəzərə alsaq, ölkənin təxminən 328 illik tələbatını ödəyə bilər. Hazırda ABŞ-də yalnız bir litium mədəni fəaliyyət göstərir və ölkə ehtiyacının böyük hissəsini idxal hesabına qarşılayır.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər