3I/ATLAS kometası barədə yeni məlumatlar aşkarlandı

Maraqlı

15.12.2025 19:15

Ulduzlararası 3I/ATLAS kometası ilə bağlı yeni detallar əldə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb.

"XMM-Newton" rentgen rəsədxanası kometanı dekabrın 3-də təxminən 20 saat ərzində müşahidə edib. Müşahidə zamanı kometa kosmik aparatından 282-285 milyon kilometr məsafədə olub.

"XMM-Newton" kometin şüalanmasını qeydə almaq üçün Avropa Foton Kamerasının (EPIC)-pn adlı yüksək həssas rentgen detektorundan istifadə edib. Alınan görüntülərdə kometanın aşağı enerjili rentgen şüalarında parladığı müşahidə olunub. Şəkillərdə qırmızı sahələr rentgen şüalanmasını, mavi sahələr isə rentgen fotonlarının az olduğu boş məkanları göstərir.

Alimlər bildirir ki, bu rentgen şüalanması kometin buraxdığı qaz molekullarının Günəş küləyi ilə toqquşması nəticəsində yaranır. Rentgen müşahidələri xüsusilə hidrogen və azot kimi optik və ultrabənövşəyi teleskoplarla demək olar ki, görünməyən qazların aşkarlanmasında mühüm rol oynayır.

Türkan İsgəndərli

TodayPress TV

tag: 3I/ATLAS,Ulduzlararası ,Şüa,Obyekt,Todaypress.tv,