11 min dollarlıq burger satışa çıxarıldı

11 min dollarlıq burger satışa çıxarıldı
13.10.2025 04:42 Maraqlı

İspaniyanın Kabrera del Mar şəhərində yerləşən “Asador Aupa” restoranı dünyanın ən bahalı və eksklüziv burgerini təqdim edib. Burgerin qiyməti tam 11 min dollar təşkil edir, lakin onu birbaşa sifariş etmək mümkün deyil.

TodayPress TV xəbər verir ki, bu unikal yeməyi yalnız xüsusi dəvətlə dadmaq mümkündür. Restoranın menyusunda belə yer almayan burger üçün nə rezervasiya etmək, nə də öncədən müraciət etmək olur. Yalnız seçilmiş qonaqlar xüsusi otaqda qəbul edilir və onlara bu qeyri-adi kulinariya təcrübəsi təqdim olunur.

Mətbuatda yayılan məlumata görə, burgerin hazırlanması üçün səkkiz il ərzində araşdırmalar və təcrübələr aparılıb. Tərkibi tam açıqlanmasa da, məlumdur ki, yemək dünyanın üç ən yaxşı ət növü, Avropanın ən eksklüziv pendiri və xüsusi souslarla hazırlanır. Qiymətin yüksək olması isə yeməli qızıl kimi dəbdəbəli əlavələrlə deyil, məhsulların nadirliyi, keyfiyyəti və təqdim olunan unikal qastronomik təcrübə ilə izah olunur.

Restoranın bu yanaşması onu dünyada ən eksklüziv qida məkanlarından birinə çevirir.

TodayPress TV 

XƏBƏR LENTİ
01 IYUN 2026
“Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 Bütün Xəbərlər