Flik riskə getmədi: "Barselona"nın hücum lideri qorunmaya alındı!

Flik riskə getmədi: "Barselona"nın hücum lideri qorunmaya alındı!
09.10.2026 15:56 İdman

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hücumçu Rafinyanın komandanın növbəti iki oyununda iştirak etməyəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Flik braziliyalı futbolçunun vəziyyəti barədə belə deyib:

"Bu, zədə deyil, sadəcə ehtiyatlı olmalıyıq. Keçən il o, üç dəfə zədələnmişdi, ona görə də onu qorumaq vacibdir. Rafinya nə "Xetafe" ilə matçda, nə də "Qalatasaray"la görüşdə meydanda olmayacaq".

Qeyd edək ki, 29 yaşlı Rafinya cari mövsüm La Liqada keçirdiyi 7 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalı hücumçu Çempionlar Liqasında isə meydanda olduğu 1 matçda 2 dəfə fərqlənib.

"Barselona" oktyabrın 10-da İspaniya çempionatında "Xetafe" ilə, oktyabrın 13-də isə Çempionlar Liqasında Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər