Liderlərin amansız mübarizəsi: Rassell Sinqapurda ilk sınaqdan qalib çıxdı!

Liderlərin amansız mübarizəsi: Rassell Sinqapurda ilk sınaqdan qalib çıxdı!
09.10.2026 14:00 İdman

"Mercedes" komandasının pilotu Corc Rassell Sinqapur Qran-prisinin yeganə sərbəst yürüşündə ən yaxşı nəticəni göstərib. 

TodayPress TV xəbər verir ki, o, "Ferrari" pilotu Şarl Lekleri təxminən saniyənin onda ikisi qədər qabaqlayıb. Üçüncü pillədə isə "McLaren"dən Lando Norris qərarlaşıb.

"Red Bull"un pilotu Maks Ferstappen sessiyanın yarısını komanda radiosu olmadan keçirmək məcburiyyətində qalıb və yekunda 6-cı yeri tutub. "Audi" təmsilçisi Niko Hülkenberqin bolidində yaranan problem səbəbindən avtomobilin trekdə dayanması isə virtual təhlükəsizlik maşını rejiminin tətbiqinə gətirib çıxarıb.

Sinqapur Qran-prisi, 1-ci sərbəst yürüşün ilk 10-luğu:

1. Corc Rassell ("Mercedes") — 1:32.274

2. Şarl Lekler ("Ferrari") +0.198

3. Lando Norris ("McLaren") +0.273

4. Lyuis Hemilton ("Ferrari") +0.499

5. Oskar Piastri ("McLaren") +0.564

6. Maks Ferstappen ("Red Bull") +0.732

7. Andrea Kimi Antonelli ("Mercedes") +1.251

8. Isak Hadjar ("Red Bull") +1.449

9. Pyer Qasli ("Alpine") +1.764

10. Liam Louson ("Racing Bulls") +1.881


Namiq HUN

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər