Birinci yerin sevinci yarımçıq qaldı: Rassell Sinqapurda cəzalandırıldı!

Birinci yerin sevinci yarımçıq qaldı: Rassell Sinqapurda cəzalandırıldı!
09.10.2026 15:22 İdman

"Mercedes" komandasının pilotu Corc Rassell Sinqapur Qran-prisində start torunun arxasına atılmaqla cəzalandırılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) rəsmi məlumat yayıb.

Britaniyalı pilot "Marina Bay" trekində lisenziya reqlamentində icazə verilən həddi keçərək güc qurğusunun bir neçə yeni elementindən istifadə edib. Rassell ümumilikdə 6 komponenti dəyişdirdiyi üçün cəzanı sprintdə deyil, məhz bazar günü keçiriləcək əsas yarışda çəkəcək və mübarizəyə torun sonundan başlayacaq.

FIA-nın texniki nümayəndəsi Yo Buerin dərc etdiyi sənədə əsasən, Rassell mövsümdə 5-ci daxili yanma mühərriki (ICE), 5-ci turbokompressor (TC), eləcə də yenilənmiş xaricetmə sistemi, MGU-K, enerji toplayıcısı və idarəetmə blokunu quraşdırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər