Dünya Birinci Dünya müharibəsi ərəfəsindəki kimidir... - Savaş anonsu
Avstriyanın keçmiş xarici işlər naziri, Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I. Mərkəzinin rəhbəri Karin Knaysl Almaniyanın sürətlə silahlandığını bildirib və Avropa ölkələrinin Rusiya ilə hərbi münaqişəyə başlaya biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, Knaysl bu fikirləri “Politika” jurnalında dərc olunan məqaləsində ifadə edib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Avropa həqiqətən müharibəyə qoşulacaq, yoxsa bu, sadəcə blefdir? Avropa İttifaqının bir çox paytaxtında irrasionallığın artdığını nəzərə alsaq, onların müharibəyə başlamaq qərarına gəlməsini istisna etməzdim”, – deyə Knaysl yazıb.
Onun sözlərinə görə, Avropa ölkələri arasında yenidən silahlanmaya ən çox vəsait yatıran Almaniyadır. Rusiya təhlükəsi Berlinin dövlət büdcəsinin formalaşdırılmasında və siyasi gündəliyində əsas arqumentlərdən birinə çevrilib.
Avstriyanın keçmiş xarici işlər naziri qeyd edib ki, özlərini neytral adlandıran bəzi Avropa İttifaqı ölkələri Ukrayna üçün genişmiqyaslı silah tədarükündə iştirak edirlər. Bununla yanaşı, NATO üzvləri olan Türkiyə və Macarıstanın daha təmkinli yanaşma nümayiş etdirdiyini bildirib.
Knaysl hesab edir ki, Rusiya ilə qarşıdurma Avropa liderlərinə əhalinin diqqətini daxili problemlərdən yayındırmağa və hərbi sənaye hesabına iqtisadiyyatı dəstəkləməyə imkan verir.
O, Avropada mövcud vəziyyəti Birinci Dünya müharibəsi ərəfəsindəki əhval-ruhiyyə ilə müqayisə edib.
Qiymət Mahir