Latviya Rusiyaya qarşı savaşa girir? Cəbhəyə 100 əsgər yolladı

Latviya Rusiyaya qarşı savaşa girir? Cəbhəyə 100 əsgər yolladı
09.10.2026 10:26 Dünya

Litva hakimiyyəti Latviyada baş verən təhlükəli hadisədən sonra Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə təxminən 100 hərbçi göndərmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, Litvanın müdafiə naziri Robertas Kaunasın sözlərinə görə, əmr dərhal qüvvəyə minib.

Hərbçilər növbəti bir neçə həftə ərzində sərhədçilərə dəstək verəcəklər.

Qeyd edək ki, qərar Latviya-Belarus sərhədində baş verən insidentdən sonra qəbul edilib. Məlumata görə, silahlı və maskalı şəxslər təxminən 20 miqrantı sərhəddən keçirməyə cəhd edib və Latviya hərbçilərini təhdid ediblər.

Həmin şəxslərin daha sonra Latviya ərazisinə daxil olaraq elektrik avadanlıqlarına zərər vurduğu, iki müşahidə kamerasını oğurladığı və Belarusa qaçdığı bildirilir.

Latviya hakimiyyəti hadisənin mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyəti ilə əlaqəli ola biləcəyini istisna etməyib.

Ukraynalı hərbçi və siyasi analitik Taras Berezovets isə hadisənin Rusiyanın kəşfiyyat əməliyyatı ola biləcəyini iddia edib. O, Baltikyanı ölkələrə qarşı mümkün təxribatlar barədə xəbərdarlıq edərək, Dauqavpils və Narvanın potensial gərginlik nöqtələrinə çevrilə biləcəyini bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər