ABŞ-nin səhiyyə sistemi çökür? 400-dən çox xəstəxana bağlandı
ABŞ-də tibb müəssisələrinin sayı sürətlə azalır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” Harvard Universitetinin yeni araşdırmasına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-də xəstəxanalar yeni xəstəxanaların açılmasından daha sürətlə bağlanır. Bu tendensiya həm kənd yerlərində, həm də şəhərlərdə daha da güclənir.
2010-2025-ci illər ərzində ölkə üzrə 400-dən çox xəstəxana fəaliyyətini dayandırıb. Eyni zamanda, xəstəxanaların bağlanma tempi hər il 4 faiz artıb, yeni xəstəxanaların açılma tempi isə 3 faiz azalıb.
Aysel Mətləb