Şröder Moskvaya getdi, Putin sonradan xəbər tutdu
Rusiya Prezidenti Vladimir Putin Almaniyanın sabiq kansleri Gerhard Şröderin Moskvaya gəldiyini mediadan öyrənib.
TodayPress TV xəbər verir ki, Kremlin məlumatına görə, Putin səhər saatlarında Şröderin Moskvada olması barədə KİV-də yayılan məlumatlardan xəbər tutub.
Şröder “Qlobus” şirkətinin fəaliyyəti ilə bağlı Moskvaya səfər edib.
Bildirilib ki, Putin köhnə dostunu evinə dəvət edib. Şröder dünən Rusiya liderinin doğum gününü qeyd etdiyi zaman onun yanında olub.
Kübra Musayeva