Bu tarixədək İrana hücum olmayacaq - Tramp AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
TodayPress TV-nin məlumatına görə, Tramp “Truth Social” hesabında bildirib ki, ABŞ noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana hücum etməyəcək.
O, İranla “məhsuldar danışıqların” aparıldığını qeyd edib. Trampın sözlərinə görə, İran həm iqtisadi, həm də hərbi baxımdan çətin vəziyyətdədir və ölkəyə qarşı blokada tam həcmdə davam etdirilir.
ABŞ Prezidenti həmçinin bildirib ki, Hörmüz boğazından neft axını rekord səviyyədədir. Onun sözlərinə görə, yalnız ötən gecə boğazdan 22 milyon barrel neft keçib. Tramp qeyd edib ki, bu neftin heç bir hissəsi İrandan göndərilməyib və İrana yönəldilməyib.
Tramp açıqlamasının sonunda “İran nüvə silahına sahib olmayacaq” deyə vurğulayıb.
Kübra Musayeva