Kramatorskdakı zərbə Kiyevi hərəkətə keçirdi: "Cavabsız qalmayacaq!"
Kiyev Rusiyanın Kramatorska zərbəsinə cavab verəcək.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, dünyanı "sərt" reaksiya verməyə çağırıb. Lider Rusiyanın Kramatorskda marşrut avtobuslarına endirdiyi zərbə nəticəsində 30 nəfərin həlak olduğunu, daha 18 nəfərin isə yaralandığını təsdiqləyib:
"Rusiya bombası faktiki olaraq iki marşrut avtobusuna dəyib. Alınan ağır xəsarətlər səbəbindən həlak olanların bir hissəsinin şəxsiyyətini hələ də müəyyənləşdirmək mümkün olmayıb".
Zelenski Kiyevin bu zərbəyə cavab verəcəyini və bu gün baş verənlərə dünyanın reaksiya verməsini gözlədiyini bildirib.