Sabiq prezidentin oğlu həbs olundu

Sabiq prezidentin oğlu həbs olundu
08.10.2026 12:00 Dünya

Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu, Sosial Demokratlar Partiyasının lideri Kadır Atambayev hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

TodayPres TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qərarı Bişkek şəhərinin Bir May rayon məhkəməsi çıxarıb.

Məhkəmə Kadır Atambayevi kütləvi iğtişaşların təşkili işi üzrə təqsirli bilib. Dövlət ittihamçısı onun 7,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qırğızıstan Daxili İşlər Nazirliyi kütləvi iğtişaşların təşkili faktı ilə bağlı cinayət işini 2025-ci ilin noyabr ayının sonunda açıb.

Qeyd edək ki, Sosial Demokratlar Partiyası 2018-ci ildə Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları tərəfindən yaradılıb və müxalif siyasi birlik kimi fəaliyyət göstərir.

 TodayPres TV

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər