Beynəlxalq səyyahlar Şuşada - FOTOLAR
Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təxminən
40 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərinə
gəlib.
TodayPress TV xəbər verir ki,
dünyanın 13 ölkəsindən gələn səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları
və burada aparılan quruculuq işləri ilə tanış olurlar. Heyətə MTP klubunun təsisçisi,
amerikalı Charles Veley rəhbərlik edir.
Qeyd edək ki, bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə
Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir.