Hava kəskin dəyişir: Leysan yağış, dolu və qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən
buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə
arabir yağış yağacağı gözlənilir.
Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya
Xidmətindən məlumat verilib.
Bildirilib ki, axşam
yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək
çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə
15-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan
764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gecə
və səhər şərq rayonlarında, gündüzdən isə bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, axşam dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı
var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə
13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti
olacaq.