“Azərbaycan əsgəri kəndə qədər necə çatıb?” - Erməni nazir

“Azərbaycan əsgəri kəndə qədər necə çatıb?” - Erməni nazir
07.10.2026 21:26 Gündəm

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurun Şəki kəndinə keçməsi ilə bağlı təhlükəsizlik sistemində boşluqların olduğunu etiraf edib.

TodayPress TV erməni mediasına istinadən xəbər verir ki, Papikyan bunu oktyabrın 7-də Ermənistan parlamentində keçirilən hökumət saatında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan hərbçisinin kəndə qədər irəliləyə bilməsində müəyyən boşluqlar olub və bunun nəticələri də olacaq.

Papikyan bildirib ki, məsələ ilə bağlı ətraflı məlumat yalnız rəsmi araşdırma və istintaq hərəkətləri başa çatdıqdan sonra açıqlana bilər.

O, Azərbaycan hərbçisi ilə bağlı digər məlumatların da istintaq başa çatdıqdan sonra təqdim ediləcəyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Ermənistan sərhədini keçərək Zəngəzurun Şəki kəndində saxlanıldığı barədə Ermənistan rəsmiləri oktyabrın 1-də məlumat yayıb.

Ermənistan tərəfinin iddiasına görə, Musayev kənddəki evlərdən birinə daxil olub. Ev sahibi qadının ona hücum etdiyi, bundan sonra isə hərbçinin qadının ayağına atəş açdığı bildirilir. Musayevin daha sonra polisə müqavimət göstərmədən təslim olduğu qeyd olunur.

Oktyabrın 2-də onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər