Rusiyada strateji neft qovşağı vuruldu - VİDEO
Rusiyanın Samara vilayətinin Prosvet yaşayış məntəqəsində yerləşən “Samara” neft kəməri sisteminə zərbə endirilib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib.
Bildirilib ki, zərbə nəticəsində 11 ədəd RVS-20000 rezervuarının, 3 ədəd RVSPK-50000 rezervuarının, boru kəməri sahəsinin və neft məhsullarının avtomatlaşdırılmış doldurulması stansiyasını zədələnib.
Qeyd edək ki, "Samara" XİDS istehsalat stansiyası neftin qəbulu, saxlanması və qarışdırılması üzrə iri qovşaqdır. Stansiyaya neft Tatarıstan, Qərbi Sibir və Rusiyanın digər neftçıxarma regionlarından magistral neft kəmərləri ilə daxil olur.
Aysel Mətləb