BMT-də gərgin anlar: Baş katib postu uğrunda mübarizə

BMT-də gərgin anlar: Baş katib postu uğrunda mübarizə
07.10.2026 20:55 Dünya

BMT Təhlükəsizlik Şurası təşkilatın baş katibi vəzifəsinə namizədlər üzrə ilkin sorğunun beşinci raundunu keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkəsi oktyabrda Təhlükəsizlik Şurasına sədrliyi həyata keçirən Yunanıstanın BMT yanında daimi nümayəndəsi Aqlaya Balta bildirib.

"İlkin sorğunun beşinci raundu baş tutdu, hər bir namizəd öz nəticələri barədə onları irəli sürən ölkələrin daimi nümayəndələri vasitəsilə məlumatlandırılacaq. Baş Assambleyanın sədri də sorğunun keçirilməsi barədə məlumatlandırılacaq", - deyə o, dünya təşkilatının mənzil-qərargahında jurnalistlərə bildirib.

Sorğu yenidən bülletenlərdə onları dolduran ölkənin qurumun daimi üzvü olub-olmaması göstərilmədən keçirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər