FIBA Avropa Kuboku: "LANDAU Lions" ilk matçında İsveçrə klubuna uduzdu
Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk matçını keçirib.
TodayPress TV xəbər verir ki, G qrupunda İsveçrə təmsilçisi "Lions de Geneve"ni qəbul edən Erhan Tokerin baş məşqçisi olduğu komanda 83:105 hesabı ilə uduzub.
Görüş Bakı İdman Sarayında təşkil olunub.
Qeyd edək ki, "LANDAU Lions" qrupda "Prievidza" (Slovakiya), "Bakken Birs" (Danimarka), "Dənizli Basket" (Türkiyə) və "Benfika" (Portuqaliya) ilə də qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də Slovakiya komandasına qarşı keçirəcək.