“Təşəkkür edirəm, futbol”: Dünya çempionu Pedro Rodriqesdən duyğusal vida!
İspaniyalı futbolçu Pedro Rodriqes peşəkar karyerasını başa vurduğunu elan edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
39 yaşlı hücumçunun son klubu İtaliyanın “Latsio” komandası olub. Təcrübəli futbolçu vidanı bu sözlərlə açıqlayıb:
“Hiss edirəm ki, vaxt çatdı. İrəli addım atmaq və həyatımda yeni bir səhifə açmaq zamanıdır. Xəyalımı gerçəkləşdirdiyim üçün qürurla, yanımda olan və buna kömək edən hər kəsə minnətdarlıqla ayrılıram. Məni bu qədər xoşbəxt etdiyin üçün təşəkkür edirəm, futbol”.
Qeyd edək ki, Pedro Rodriqes karyerası ərzində İtaliyanın “Roma”, İngiltərənin “Çelsi” və İspaniyanın “Barselona” klublarında çıxış edib. O, İspaniya milli komandasının heyətində dünya (2010) və Avropa (2012) çempionu olub.
Namiq HUN