İlham Əliyev Putinə ZƏNG ETDİ
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə TodayPres TV-yə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Dövlət başçısı İlham Əliyev Prezident
Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun
ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.
Rusiya Prezidenti təbrikə və göstərilən
diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.