Sibiqa Azərbaycana təşəkkür etdi
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynaya növbəti
humanitar yardım partiyasına görə Azərbaycana təşəkkür edib.
TodayPress TV xəbər
verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında
paylaşım edib.
Onun sözlərinə görə, Ukrayna Azərbaycanın həmrəyliyini və əməli
dəstəyini dərindən dəyərləndirir.
"Həyati
əhəmiyyətli enerji avadanlıqlarının növbəti partiyası Azərbaycandan Ukraynaya
göndərilir. Bura istilik mövsümü ərəfəsində enerji sistemimizin dayanıqlığını
gücləndirməyə kömək edəcək güclü transformatorlar, 186 km elektrik kabelləri və
digər avadanlıqlar daxildir", - diplomat yazıb.
O
həmçinin Ukraynaya dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramova və Azərbaycan xalqına minnətdarlığını bildirib.