İşıqsız qalan Kiyevə Bakıdan təcili dəstək

İşıqsız qalan Kiyevə Bakıdan təcili dəstək
07.10.2026 12:17 Gündəm

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

TodayPress TV xəbər verir ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilrən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

TodayPress TV

FOTOLAR

İşıqsız qalan Kiyevə Bakıdan təcili dəstək — 1
XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər