Günəşdə partlayış baş verdi: Yerə maqnit fırtınası gəlir

Günəşdə partlayış baş verdi: Yerə maqnit fırtınası gəlir
07.10.2026 12:39 Dünya

Yer kürəsində yaxın günlərdə zəif və orta səviyyəli maqnit fırtınalarının baş verəcəyi gözlənilir.

TodayPress TV xəbər verir ki, Rusiyanın “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun sözlərinə görə, günəş aktivliyi bu həftənin əvvəlindən artıb.

O bildirib ki, Günəşdə bir neçə M səviyyəli partlayış qeydə alınıb. Bu partlayışlardan ikisi Yer istiqamətində iki böyük plazma buludunun yayılmasına səbəb olub.

Beynəlxalq proqnoz mərkəzlərinin məlumatına əsasən, Günəşdən ayrılan plazma buludlarının 9 oktyabr səhər saatlarında Yerə çatacağı gözlənilir.

Leus qeyd edib ki, geomaqnit pozuntuları təxminən iki gün davam edə bilər. Oktyabrın 9-da G1-G2 səviyyəli zəif və orta maqnit fırtınalarının baş vermə ehtimalı təxminən 80 faizdir.

Mütəxəssisin sözlərinə görə, bazar günü Yer kürəsinin geomaqnit sahəsinin yenidən sakitləşəcəyi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər