Bakıda lombarddan 22 min manat oğurlandı

Bakıda lombarddan 22 min manat oğurlandı
07.10.2026 12:44 Hadisə

Sabunçuda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb.

TodayPress TV DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən lombardların birindən 7500 manat pul və 14500 manat dəyərində qızıl-zinət əşyaları talanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır. 

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər