1/4 finala doğru böyük addım: Dördüncü gündə 5-də 5 zəfər!
Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb.
Həsrət Məmmədov (46 kq) rusiyalı Camal Dustiyevi 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Slovakiya təmsilçisi Kristian Mezeslə qarşılaşacaq.
Qardaş Rəhimov (54 kq) İrlandiya boksçusu Şon Kelli üzərində 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə çətin qələbə qazanıb. Boksçumuzun növbəti rəqibi belaruslu Mikita Beskaravainy olacaq.
Əli Abaslı (60 kq) Türkiyə boksçusu Zeki Uğuru 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə üstələyib. O, 1/4 finalda Moldovanı təmsil edən Aleksandru-Ahile Buhanuyukla üz-üzə gələcək.
Yusif Həsənli (66 kq) Xorvatiya boksçusu Lukas Fulanoviçdən üstün olub - 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Həsənli 1/4 finalda İtaliya idmançısı Raul Barone ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hidayət Məmmədov (70 kq) İsveçrə təmsilçisi Joel Şutsu darmadağın edib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 final mərhələsində rusiyalı Sandro Tsimtsba ilə döyüşəcək.
Boksçularımız 1/4 final qarşılaşmalarına oktyabrın 8-də çıxacaqlar.
Qeyd edək ki, bundan əvvəl millimizin daha 6 boksçusu 1/4 finala vəsiqə qazanıb.
Namiq HUN