Ərdoğan Putinlə Qara dənizdəki son vəziyyəti müzakirə etdi
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon
danışığı aparıb.
TodayPress TV
Türkiyə bürosu yerli
mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Putini ad
günü münasibətilə təbrik edib.
Tərəflər eyni
zamanda, Türkiyə-Rusiya münasibətləri və regional məsələləri müzakirə ediblər.
Ərdoğan Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan işlərin əhəmiyyətini vurğulayıb, Türkiyənin Rusiya ilə Ukrayna arasında təmasların başlanması üçün töhfə verməyə hazır olduğunu bildirib.