İran-Fransa arasında gərginlik böyüyür: Səfir XİN-ə çağırıldı
Fransa İranın Parisdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
TodayPress TV xəbər verir ki, buna səbəb İranın Fransadakı məktəblilərin etiraz hərəkatına qarşı “dezinformasiya kampaniyası” apardığına dair ittihamlar olub.
Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Paskal Konfavr İran XİN-in rəsmi hesabları vasitəsilə internetdə yayılan məlumatların “tamamilə qəbuledilməz” olduğunu bildirib.
O qeyd edib ki, İranın Fransadakı məktəblilərin etirazları ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.
Fransa rəsmisi həmçinin İranın oktyabrın 6-da Fransanın Tehrandakı səfirini çağırmasını əsassız adlandırıb.
Kübra Musayeva