“İranla okeanı böldük, onlara altı düşdü” - Heqsetdən “bomba” zarafat
ABŞ-nin müdafiə naziri Pit Heqset İranla bağlı açıqlamasında İran Hərbi Dəniz Qüvvələri ilə bağlı razılaşma barədə zarafat edib.
TodayPress TV xəbər verir ki, Heqset guya İran Hərbi Dəniz Qüvvələri ilə okeanın bölüşdürülməsi barədə razılığa gəldiklərini deyib.
“Biz İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdıq. Okeanı onlarla bölüşdürmək qərarına gəldik. Onlara aşağı hissə düşdü”, – deyə Heqset bildirib.
O, həmçinin İranın 59 gəmisinin batırıldığını qeyd edib.
Kübra Musayeva