İranda uşaqları ölümə hazırlayırlar - Rubio danışdı
ABŞ dövlət katibi Marko Rubio İranın dini rəhbərlərinin uşaqları “ölümə göndərilən qəhrəmanlar” kimi təqdim etdiyini iddia edib.
TodayPress TV xəbər verir ki, Rubio bu barədə açıqlamasında İranın “şəhidlik” anlayışına yanaşmasını tənqid edib.
Onun sözlərinə görə, ABŞ-də qəhrəmanlıq anlayışı ölümlə deyil, həyatın qorunması ilə əlaqələndirilir.
“Bizim ölkəmizin qəhrəmanları ölümə pərəstiş etmirlər. Bu, bizim həyatı necə qiymətləndirməyimizlə bağlıdır”, – deyə Rubio bildirib.
Kübra Musayeva