Kadırovun yeni “titulu” belə oldu
Çeçenistan rəhbəri Ramzan Kadırov “Rusiyanın fəxri memarı” nişanı ilə təltif olunub.
TodayPress TV xəbər verir ki, mükafat Kadırova Rusiyanın baş nazirinin müavini Marat Xusnullin tərəfindən Qroznıda yeni piyada bulvarının açılışı zamanı təqdim edilib.
Mükafatın Kadırova Rusiya və Çeçenistanda memarlıq və şəhərsalmanın inkişafına verdiyi töhfəyə görə təqdim edildiyi bildirilib.
Xusnullin Kadırovun respublikada həyata keçirilən iri şəhərsalma layihələrində rolunu qeyd edib. Onun sözlərinə görə, Qroznıdakı yeni rayonun layihələndirilməsi və tikintisi Kadırovun şəxsi nəzarəti altında həyata keçirilib.
Kübra Musayeva