Xəzər üzərindən yeni nəqliyyat xəritəsi: İlham Əliyevdən mühüm açıqlama

Xəzər üzərindən yeni nəqliyyat xəritəsi: İlham Əliyevdən mühüm açıqlama
08.10.2026 11:35 Xarici siyasət

Nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Xəzər dənizi ölkələrimiz arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir”.

Prezident, həmçinin deyib: “Bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir”.

TodayPress TV

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər