Azərbaycan nefti 5 dollar BAHALAŞDI
"Azeri Light"
markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,51 ABŞ dolları artıb.
TodayPressTV xəbər verir ki, dünya bazarında "Azeri
Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,74 % artaraq 125,19 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət
büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.