Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 50%-dən çox artdı
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb.
TodayPress TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin
kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə
Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları
yaradıb. Bu fondların hər birinin
kapitalı yüz milyonlarla dollar təşkil edir”.
Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib. “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, - deyə o əlavə edib.