Baş həkimin müavini BIÇAQLANDI
Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
TodeyPres TV “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkiminin müavini
Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna
məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.
Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən
Elçin Balayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasına baş həkimin müavini təyin edilib.