Türkmənbaşıda sənədlərin imzalanması mərasimi olub
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub.
TodayPressTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan
Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır
Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan
Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının
Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət
Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan
Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici
sənədləri haqqında Qərar”ı imzaladılar.