Baş həkimin müavinini bıçaqlayan şəxs TUTULDU
Oktyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək
xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş
direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.
Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə
müavininə dərhal zəruri tibbi yardım göstərilib: "Hazırda onun vəziyyəti
stabil qiymətləndirilir.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs
polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".
Qeyd edilib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə
olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.