Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni mərhələdə
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti
xeyli genişlənib.
TodayPress TV xəbər verir ki,
bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət
Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib. “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir”, - deyə Prezident əlavə edib.