Keçmiş MKİ analitiki xəbərdarlıq etdi: "Ukraynanın təchizat xətləri kəsilə bilər"
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson Ukraynanın hərbi təchizat xətlərinin yaxın gələcəkdə ciddi təhlükə ilə üzləşə biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, o, “Neutrality Studies” YouTube kanalına açıqlamasında Rusiyanın Ukraynaya qarşı hərbi və iqtisadi təzyiqi artırdığını iddia edib.
Consonun sözlərinə görə, Rusiya qüvvələri cənub istiqamətində iqtisadi təzyiq göstərir, şərqdə hərbi əməliyyatları davam etdirir və Kiyevdə mühüm infrastruktura zərbələr endirir.
Keçmiş analitik bildirib ki, bu addımların əsas məqsədlərindən biri Ukrayna ordusunun təchizat xətlərini pozmaqdır. Onun iddiasına görə, Rusiya qüvvələri artıq bir neçə həftədir Kiyevdəki hərbi obyektlərə zərbələr endirir.
Daha əvvəl “Foreign Policy” nəşri də Rusiyanın zərbələri nəticəsində müharibənin yeni mərhələyə keçdiyini yazmışdı. Nəşrin məlumatına görə, Moskva Ukraynanın iqtisadiyyatına, nəqliyyat sisteminə və təchizat marşrutlarına təzyiq göstərməyə çalışır.
Türkan İsgəndərli