İlham Əliyev: Türkmənistanla əlaqələrimiz dinamik şəkildə inkişaf edir
Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf
edir.
TodayPress TV xəbər verir ki,
Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının
8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini
vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun
intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi
əks etdirir”.
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu
Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi
vurğulayıb.
“Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur”, - deyə dövlətimizin başçısı əlavə edib.