"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
"İmişli" köməkçi məşqçisi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Hər iki futbol funksioneri ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasında 4 xalla səkkizinci sırada yer alıb.