Azərbaycan rəsmiləri Ermənistanda - Danışıqlar başladı
Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın
müvafiq strukturlarının nümayəndələri arasında TRİPP layihəsi çərçivəsində
elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat
yayıb.
Məlumata görə, görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı
texniki məsələləri müzakirə edib, habelə bu istiqamətin müvafiq aspektləri üzrə
fikir mübadiləsi aparıblar.
Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli
aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət ayrılıb.